Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - FOTO

Rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - FOTO

Tarix: 23 Aprel 2021 19:14

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, məşğələdə əsas diqqət bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bacarıqlarını təkmilləşdirməsi, şəxsi heyətin ixtisas və taktiki-xüsusi hazırlığının yüksəldilməsinə yönəldilib.

Şəxsi heyətin çöl vərdişlərinin, praktiki bacarıq və qabiliyyətlərinin yüksəldilməsi, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə dərslər keçirilib. Məşğələdə səhra  rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması praktiki olaraq göstərilib.

Milli.Az


Etiketlər:  Rabitə bölmələri ilə taktiki xüsusi məşğələ keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ