Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirdə iri neft-kimya kompleksi tikiləcək

Misirdə iri neft-kimya kompleksi tikiləcək

Tarix: 11 May 2021 23:48

"Əl - Ərəbiyyə"nin məlumatına görə, Misirdə Şimali Afrika və Yaxın Şərqin ən böyük neft-kimya kompleksi tikiləcək. Bildirilir ki, kompleks Qırmızı dəniz Milli Neft-Kimya Şirkəti tərəfindən Süveyş kanalı Azad İqtisadi Zonasının ərazisində inşa ediləcək. Bunun üçün artıq Qırmızı dəniz Milli Neft-Kimya Şirkəti ilə müqavilə imzalanıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, imzalama mərasimində çıxış edən Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla layihənin icrasına 7,5 milyard dollar vəsait ayrılacağını açıqlayıb. Onun sözlərinə görə, Süveyş kanalı Azad İqtisadi Zonasında yerləşən Ayn Soxna ərazisində tikiləcək kompleksdə Şimali Afrika və Yaxın Şərq ölkələrindən tədarük ediləcək xam neftin emalı ilə yanaşı, həm də müxtəlif neft-kimya məhsullarının istehsalı nəzərdə tutulur. Nazir əlavə edib ki, 3,56 milyon kvadratmetr ərazidə yerləşəcək kompleks Misir iqtisadiyyatına böyük həcmdə gəlir gətirəcək.


Etiketlər:  Misirdə neft kimya kompleksi tikiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ