Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövludun mübarək, kapitan Tağıyev! - VİDEO

Mövludun mübarək, kapitan Tağıyev! - VİDEO

Tarix: 2 Iyul 2021 14:16

"Qarabağ" ordenli şəhid Elçin Tağıyevin 32 yaşı tamam oldu

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Qarabağın işğalçılardan azad olunmasında, Azərbaycanın zəfər qazanmasında xüsusi qəhrəmanlıq dastanı yazdı kapitan Tağıyev.

Bu gün şərəfli döyüş yolu ilə adını tarixə yazdıran qəhrəman zabitin doğum günüdür. 32 yaşını şəhadətdə qeyd etdi Elçin Tağıyev.

Mövludunu qeyd etmək üçün kapitanı ziyarətə gələnlərin sırasında doğmaları ilə yanaşı, döyüş yoldaşları, hərbçilər, rayon rəhbərliyi və ictimaiyyəti vardı.

Elçin Ağaqulu oğlu Tağıyev 1989-ci il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Hərbi sahəyə olan marağı onu 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə aparıb. hərbi məktəbi əla qiymətlərlə bitirərək daha sonra Ali Hərbi Məktəbə daxil olub və zabit kimi hərbi xidmətinə başlayıb. Hərbi fəaliyyətində də daim nümunəvi olan Elçini əsgərləri həm də qayğıkeş komandir kimi xatırlayır. Hər bir əsgərinə xüsusi diqqət göstərər, şəxsi heyətin sağlamlığını nəzarətdə saxlayardı. Döyüş meydanında bir an belə tərəddüd etmədən əsgərlərini təhlükədən qurtarardı. Bir neçə döyüş əməliyyatında uğurla iştirak edən kapitan Elçin Tağıyev 17 nəfərlik düşmən qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib.

Üç övlad atası olan Elçin onlarla yanaşı, daim əsgərlərinin qayğısını çəkib. Döyüş meydanında yaralı halda belə özünün deyil, onların sağ qalmasına çalışıb. Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı böyük şücaət göstərən kapitan 2020-ci il oktyabrın 1-də şəhid olub. Elçinin şəhadəti ilə qürur duyan şəhid anası fəxrlə oğul verdim Azərbaycanı, Qarabağı aldım deyir.

Elçin Tağıyev prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı," Suqovuşanın azad olunmasına görə", "Murovun azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhadətinlə Azərbaycana zəfər qazandırdın, sənin mükafatınsa bütün dünya azərbaycanlılarının əbədi sevgisidir Vətən oğlu. Mövludun mübarək, kapitan Tağıyev!


Etiketlər:  Mövludun mübarək kapitan Tağıyev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ