Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 18:42
Başqırdıstan prokurorluğu rüşvətə görə tutulan yol polisi rəhbərinin keçmiş müavininin 24 milyon rubl məbləğində əmlakına həbs qoyub.
Sonxeber.net lenta.ru-ya istinadən xəbər verir ki, onun cinayət yolu ilə özünə milyonlarla rubl gəlir əldə etdiyi bəlli olub. Xüsusilə pul müqabilində imtahan vermədən sürücülük vəsiqələri satdığı müəyyən olunub. Araşdırmalar zamanı yol polisinin 36 avtomobil, iki mənzil, iki torpaq sahəsi və Ufa ətrafındakı elit bir bağ evi aşkar olunub. İstintaqa görə, ümumi dəyəri 24 milyon rubl olan əmlak əldə edib. Mülkiyyətini bəyannamədən gizlətmək üçün polis yaxın qohumlarının adına avtomobillər və daşınmaz əmlak keçirib.
Kamran Seyidov