Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid leytenant Ravil Hümbətovun nəşi ailəsinə təhvil verilib - FOTO

Şəhid leytenant Ravil Hümbətovun nəşi ailəsinə təhvil verilib - FOTO

Tarix: 14 Sentyabr 2022 21:42

Azərbaycan Ordusunun şəhid zabiti - leytenant Ravil Mübariz oğlu Hümbətovun nəşi ailəsinə təhvil verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhidi qarşılamaq üçün minlərlə insan toplaşıb.

Şəhid zabitin yaşadığı ünvanda - Bakının Yasamal rayonunda onunla vida mərasiminə yaxınları,qohumları və dostları yığışıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Milli.Az


Etiketlər:  Şəhid leytenant Ravil Hümbətovun nəşi ailəsinə təhvil verilib FOTO


RƏYLƏR