Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Zaporojye şəhərinə 12 "S-300" raketi atdı - YENİLƏNİB

Rusiya Zaporojye şəhərinə 12

Tarix: 11 Oktyabr 2022 11:02

10:58

Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd "S-300" zenit raketi atıb, ölən var.

-------

10:06

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.

Milli.Az


Etiketlər:  Rusiya Zaporojye şəhərinə 12 S 300 raketi atdı YENİLƏNİB


RƏYLƏR