Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekofəallar 93 gündür yüksək fəallıq nümayiş etdirirlər - FOTOlar

Ekofəallar 93 gündür yüksək fəallıq nümayiş etdirirlər - FOTOlar

Tarix: 14 Mart 2023 09:34

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 93 gündür ki, davam edir.

Milli.Az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları etirazlarını davam etdirirlər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Milli.Az


Etiketlər:  Ekofəallar 93 gündür yüksək fəallıq nümayiş etdirirlər FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ