Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Papa Ukrayna ilə bağlı müzakirə aparır, Kiyevin xəbəri yoxdur

Papa Ukrayna ilə bağlı müzakirə aparır, Kiyevin xəbəri yoxdur

Tarix: 2 May 2023 07:28

Ukrayna Vatikanın müharibəni dayandırmağa yönəlmiş sülhməramlı missiyası haqqında məlumatsızdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN-ə verdiyi şərhdə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinə yaxın olan adı açıqlanmayan məmur bildirib.

O, Papanın Vatikanın indi müharibəni həll etmək məqsədi daşıyan hansısa "missiyada" iştirak etməsi ilə bağlı iddialarını təkzib edib:

"Prezident Zelenski Ukrayna adından belə müzakirələrə razılıq verməyib. Danışıqlar gedirsə, bizim xəbərimiz və xeyir-duamız olmadan..."

Qeyd edək ki, Papa Fransisk Vatikanın Ukraynadakı münaqişə çərçivəsində sülhməramlı missiyanın işində iştirak etdiyini, lakin bu barədə hələlik məlumat açıqlamadığını bildirib.

Milli.Az


Etiketlər:  Papa Ukrayna ilə bağlı müzakirə aparır Kiyevin xəbəri yoxdur


RƏYLƏR