Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

Tarix: 11 Iyul 2023 10:20

Vətən müharibəsi qazisi İlham Dadaşov vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Günəşli kənd sakini İ. Dadaşov uzunsürən xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Qeyd edək ki, İ. Dadaşov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə cəlb olunub. O, göstərdiyi şücaətə və döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda" və digər medallarla təltif edilib.

48 yaşlı mərhum ailəli olub, iki övladı yadigar qalıb.

Milli.Az


Etiketlər:  Vətən müharibəsi qazisi vəfat etdi FOTO


RƏYLƏR