Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2023 21:54
Türkiyənin "Baykar" şirkəti Ukraynada PUA istehsalı zavodunun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoyur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Baykar" şirkətinin baş direktoru Haluk Bayraqdar Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi forumunda deyib.
"Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq və proses artıq başlayıb. Tikintinin tamamlanması isə təxminən 1,5 il çəkəcək. Biz burada ən azı 300 nəfərin işləməsini planlaşdırırıq", - baş direktor bildirib.