Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Babayanın Qarabağ çıxışı – İrəvan cinayət işi açdı

Babayanın Qarabağ çıxışı – İrəvan cinayət işi açdı

Tarix: 16 Oktyabr 2023 19:54

Ermənistan Baş Prokurorluğu separatçıların keçmiş "müdafiə naziri" Samvel Babayanın ifadələri əsasında cinayət işi açıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, iş Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə - 550-ci (hərbi vəziyyət, müharibə və ya döyüş zamanı komandir və ya vəzifəli şəxs tərəfindən xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə), habelə 545-ci (təslim olma və ya hərbi xidmətdən imtina etmə) başlanıb.

Qeyd edək ki, bundan əvvəl Babayanın Ermənistan mediasına verdiyi açıqlamalar ciddi müzakirə və hiddətə səbəb olub.


Etiketlər:  Babayanın Qarabağ çıxışı İrəvan cinayət işi açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ