Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 23:24
2023-cü il sentyabrın 19-dan etibarən Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyin günlük bülletenində deyilir.
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 10 post quraşdırılıb. Onlardan 5-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.
Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın məskunlaşma olan ərazilərinə elektrik enerjisi və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Rusiya MN-nin 17 oktyabr tarixli bülletenində Qarabağda 13 postun quraşdırıldığı qeyd edilmişdi. Onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərirdi.
İki günün (17-19 oktyabr) statistikasına nəzər yetirsək, yeni quraşdırılmış 3 yeni postun bağlandığını vurğulaya bilərik.