Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2023 14:24
"Qalatasaray"la yeni 1 illik müqavilə imzalayan Okan Burukun maaşının məbləği bəlli olub.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb.
Bildirilib ki, ötən mövsüm bir mövsümə 20 milyon lirə (bugünkü məzənnəyə uyğun olaraq 665 min avro) qazanan baş məşqçinin maaşı 150 faiz artırılıb. Onun yeni müqavilədə bir mövsüm üçün maaşı 50 milyon lirə (1 milyon 663 min avro) təyin edilib.
Bundan başqa, onun üçün bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"ın baş məşqçisi təyin edilən Okan Buruk ilk mövsümdəcə komandaya Türkiyə çempionluğu qazandırıb. Onun rəhbərliyi altında "Qalatasaray" 2023/24 mövsümündə Çempionlar Liqasının qrupuna da düşüb.