Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 14:28
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan mafiya lideri Sədat Pekerin qısa müddətdə Türkiyəyə gətiriləcəyi iddia edilir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, iddia türkiyəli jurnalist Tələt Atilla tərəfindən gündəmə gətirilib.
Onun sözlərinə görə, Peker artıq İstanbulda ailəsi üçün ev axtarmağa başlayıb:
"Bəziləri tərəfindən nifrət simvolu, bəziləri üçün qəhrəman olan yeraltı dünyanın önəmli isimlərindən Sədat Pekerin tezliklə Türkiyəyə gətiriləcəyi ilə bağlı bir çox mənbədən məlumat almışam.
Siyasət-media-bürokratiya xaricində, bilgilərinə güvəndiyim dostum tam başqa bir söhbətin ortasında mənə dedi ki, Peker tezliklə gətiriləcək, gəlir, İstanbulda ailəsi üçün ev axtarır. Bildirdi ki, iki aya gələcək. Əlbəttə, 100 faiz deyə bilmərəm, amma bu məlumatı 99.9 faiz doğru hesab edirəm".
Sədat Peker bir neçə il əvvəl Türkiyəni tərk edərək, ailəsi ilə birlikdə Dubayda yaşamağa başlayıb.
Onun iki il əvvəl yayımladığı siyasi videolar Türkiyədə rezonans doğurub, geniş müzakirə mövzusuna çevrilib. İddiaya görə, bundan sonra BƏƏ rəhbərliyi ona qarşı təcrid rejimi tətbiq edib və Peker susub.