Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2023 09:20
Maraqla gözlənilən "Maska" şounun münsifləri bəlli olub.
Sonxeber.net olay-a istinadən bildirir ki, İctimai TV layihə ilə bağlı ilk postu paylaşıb. Posterdə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, Avroviziya təmsilçimiz Nigar Camal və aparıcı Kamilə Babayeva yer alıb.
Qeyd edək ki, orijinal versiyası "Masked Singer" adlanan yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.