Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliya millisi antirekorda imza atıb

Braziliya millisi antirekorda imza atıb

Tarix: 22 Noyabr 2023 19:34

Futbol üzrə Braziliya millisi antirekorda imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 0:1 hesabı ilə uduzan "sambaçılar" cari ildə 5-ci məğlubiyyətlə üzləşiblər.

Beşqat dünya çempionları 9 oyunun 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Braziliya millisi tarixdə ilk dəfə bir ildə keçirdiyi matçların yarısından çoxunda (56 faiz) yenilib.

Onların əvvəlki ən pis göstəriciləri 1963 (18 görüşün 8-də məğlubiyyət - 44 faiz) və 2001-ci ildə (20 matçın 8-də məğlubiyyət - 40 faiz) qeydə alınıb.
 

Milli.Az


Etiketlər:  Braziliya millisi antirekorda imza atıb


RƏYLƏR