Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Gmail” köhnə hesabları sildi

“Gmail” köhnə hesabları sildi

Tarix: 2 Dekabr 2023 11:36

Ötən gün "Google" şirkəti "Gmail" elektron poçtunda mövcud olan, lakin iki ildir ki, bir dəfə də olsa istifadə edilməyən hesabları silib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da 2 ildən artıq müddətdə istifadə olunmayan hesablar silinib.

Qeyd edək ki, "Google" bu hesabların silinməməsi üçün istifadəçiləri məlumatlandırmışdı. Şirkətin son bəyanatında da qeyd olunmuşdu ki, iki ildən artıqdır ki istifadə olunmayan hesabların silinməməsi üçün istifadəçilərin sadəcə olaraq bir dəfə "Gmail" üzərindən elektron poçtlarına daxil olması kifayətdir.

Xatırladaq ki, cari ilin may ayında "Google" iki ildir ki, istifadə olunmayan elektron poçt hesablarının silinəcəyini elan etmişdi. Şirkət yeni siyasətə əsasən, belə bir addım atacağını bildirmişdi. "Google" bununla rəsmi şəkildə hesabda olan bütün məlumatların, eyni zamanda "Google Drive"a yüklənən fotoların da silinəcəyini bəyan etmişdi.

Milli.Az


Etiketlər:  Gmail köhnə hesabları sildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ