Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2024 08:52
ABŞ Prezidenti Cozef Bayden "özünə görə olmadığını", lakin eyni zamanda sələfi Donald Trampdan dəqiq yaxşı olduğunu bildirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kaliforniyada keçirilmiş seçkiqabağı mitinqdə deyib.
"Digər prezidentlərlə müqayisədə özümə görə deyiləm, amma sonuncu oğlandan (keçmiş Prezident Donald Tramp - red.) dəhşət yaxşıyam", - o deyib.
Bayden həmçinin Trampı "siyasi zorakılıq tərəfdarı" olduğuna görə tənqid edib. Onun sözlərinə görə, Vətəndaş Müharibəsindən (1861-1865) bəri heç bir prezidentdə belə xüsusiyyət sezilməyib.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarının ünvanına "dəli köpək oğlu" deyib. Putin amerikalı həmkarının dediklərini anlayışla qarşılayıb: "Bu mənim dediklərimə adekvat reaksiyadır. Niyə? Çünki o, "Volodya, afərin, yardım etdiyin üçün çox sağ ol" deyə bilməz".