Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 11:40
Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlu Raufu xatırlayıb ağlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişində qonaq olan Birinci Qarabağ müharibəsi iştirakçısı dünyasını dəyişən oğlundan danışıb.
Onun sözləri aktrisaya vəfat edən övladını xatırladıb.
Göz yaşını saxlaya bilməyən K.Əliyeva "Ağalə (nəvəsi -red.)deyir ki, kaş atam sağ olardı. Dedim ki, atan o qədər gözəl, məfəni, savadlı olub. kaş bu yolun yolçusu olmayaydı. Kaş o zəhəri ona öyrətməyəydilər"sözlərini söyləyib.
Qeyd edək ki, aktrisanın oğlu Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu. O, həbsxanada dünyasını dəyişib.