Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 19:38
Moskvanın Basmannı məhkəməsi "Crocus Hall"da terror aktı ilə bağlı iş üzrə 11-ci müttəhim Məhəmməd Zoir Şaripzodanı həbs edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Tacikistan vətəndaşı olan Şaripzoda terror aktı törətməkdə ittiham olunur.
Xatırladaq ki, martın 22-də axşam saatlarında "Crocus City Hall" binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.