Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu üç ölkə konfederasiyada birləşir

Bu üç ölkə konfederasiyada birləşir

Tarix: 7 Iyul 2024 15:58

Qərbi Afrikanın üç ölkəsi - Burkina Faso, Mali və Nigerin səlahiyyətliləri Sahel Dövlətləri Konfederasiyasını yaratmaq qərarına gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "France-Press" agentliyi bu dövlətlərin liderlərinin birgə bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda üç ölkənin daha geniş inteqrasiyaya doğru daha bir addım atmağa qərar verildiyi deyilir. "Bu məqsədlə Burkina-Faso, Mali və Niger konfederasiyanın yaradılması haqqında saziş imzalayıblar", - məlumatda deyilir.

Bu, Burkina Faso, Mali və Niger liderlərinin iştirak etdiyi Sahel Dövlətləri Alyansının Niameydə keçirilən Birinci Zirvə Toplantısının nəticələrindən sonra baş verib.

Bundan əvvəl, 2024-cü il yanvarın 28-də Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən mümkün qədər tez çıxmaq üçün birgə qərar qəbul ediblər.

Milli.Az


Etiketlər:  üç ölkə konfederasiyada birləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ