Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 bal gücündə zəlzələ gözlənilir: Hökumət hazırlıq görür

9 bal gücündə zəlzələ gözlənilir: Hökumət hazırlıq görür

Tarix: 17 Yanvar 2025 08:08

Yaponiya güclü zəlzələyə hazırlaşır. 8-9 bal gücündə təkanların baş vermə ehtimalı kəskin artıb.

Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin seysmik aktivliyin tədqiqi üzrə hökumət komissiyası xəbərdarlıq edib.

Yaxın 30 ildə belə bir hadisənin baş vermə ehtimalı ekspertlər tərəfindən 80% qiymətləndirilib. Mütəxəssislərin fikrincə, zəlzələ Honsyu adasının cənub-şərqində Nankay qırağında baş verəcək. 40 il ərzində təbii fəlakətin baş vermə ehtimalı 90%-ə qədərdir, gələcək 50 ildə isə 90%-i keçəcək. Nankay qırağında sonuncu dəfə 21 dekabr 1946-cı ildə 8 bal gücündə dağıdıcı zəlzələ baş verib.

Qeyd edək ki, yanvarın 13-də Yaponiyanın Kyuşu adası yaxınlığında 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Baş Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:19-da baş verib. Fəlakətin episentri suyun 30 km dərinliyində yerləşib. (Publika.az)


Etiketlər:  gücündə zəlzələ gözlənilir Hökumət hazırlıq görür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ