Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2025 09:56
ABŞ-nin Venesuela və İran neftinin ixracını məhdudlaşdırmaq üçün səylərini artırması ilə əlaqədar tədarük narahatlıqları səbəbindən neft qiymətləri artıb.
Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 20 sent və ya 0,3% artaraq 73,22 dollara çatıb.
"WTI" markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 21 sent və ya 0,4% artaraq 69,20 dollar olub.