Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

Tarix: 26 Mart 2025 14:30

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Ramazan bayramı mənəvi düşüncə, birlik və yenilənmə dövrüdür, dünyadakı müsəlmanları şəfqət, xeyirxahlıq və sülh ruhunda bir araya gətirir. Bu mübarək bayramın Azərbaycan xalqına və hökumətinə sevinc, rifah və davamlı harmoniya gətirməsini arzulayıram.

Somali Federativ Respublikası ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq əlaqələrinə önəm verir. Biz gələcək illərdə bu ikitərəfli əlaqələrin daha da gücləndiriləcəyinə ümidvarıq.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzulayıram".


Etiketlər:  Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ