Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Barselona” və “Milan”da oynamış futbolçunu istəyir - FOTO

“Qarabağ” “Barselona” və “Milan”da oynamış futbolçunu istəyir - FOTO

Tarix: 17 Iyul 2025 18:28

"Qarabağ" heyətini xorvatiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "OneFootball" nəşri məlumat yayıb. 

Bildirilib ki, Ağdam təmsilçisi "Barselona"nın sabiq üzvü Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir. 

A.Haliloviç hazırda müqavilə ilə Niderlandın "Fortuna"(Sittard) klubuna məxsusdur. 

Xorvatiya millisində (2013-2019) 10 oyun keçirmiş Alen "Dinamo"(Zaqreb), "Barselona", "Sportinq"(Xixon), "Hamburq", "Las-Palmas", "Milan", "Standard"(Liej), "Herenven", "Birmingem", "Ridinq", "Riyeka" klublarında oynayıb.


Etiketlər:  Qarabağ Barselona Milanda oynamış futbolçunu istəyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ