Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymarın 22 yaşlı atalığı ilə bağlı şok açıqlama: Kişilərlə sevgili olub - FOTO

Neymarın 22 yaşlı atalığı ilə bağlı şok açıqlama: Kişilərlə sevgili olub - FOTO

Tarix: 15 Aprel 2020 11:08

PSJ-nin və Braziliya millisinin ulduzu Neymarın 52 yaşlı anası Nadine Qonsalvesin yeni sevgilisi, 22 yaşlı Tyaqo Ramosla bağlı şok xəbər yayılıb.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, braziliyalı jurnalist Fabia Oliveyra Tyago Ramosun bundan əvvəlki sevgililərinin kişi olduğunu bildirib. Onun sözlərinə görə, gənc modelin əvvəllər braziliyalı aktyor Karlinos Maya, milyonçu iş adamı Eduardo Pereyra və PR meneceri İrinaldo Oliverlə münasibətləri olub. 

Braziliyanın "O Dia" qəzetinə danışan İrinaldo Oliver "2017-ci ildən 2018-ci ilədək Tyaqo ilə birlikdə idim. Yeni sevgilisini görəndə çox təəccübləndim. Bu xəbərdən sonra telefonlarım susmadı. Onun qadınlara da marağının olduğunu bilirdim. Amma heç vaxt qadınlarla birlikdə görməmişdim" deyib.

Qeyd edək ki, Neymarın anası Nadin Qonsalves "Instagram" səhifəsində yaşca oğlundan 6 yaş kiçik sevgilisi ilə fotosunu paylaşaraq belə yazıb: "İzaholunmaz anları izah etmək olmur".

Neymarın şəklə yazdığı şərh də maraqla qarşılanıb: "Xoşbəxt ol, ana. Səni sevirəm". Neymarın atası da keçmiş xanımına yeni münsabətində uğurlar arzulayıb.


Etiketlər:  Neymarın yaşlı atalığı ilə bağlı şok açıqlama Kişilərlə sevgili olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ