Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 09:56
"Breşiya"nın futbolçusu Mario Balotelli karantin günlərini necə keçirdyi barədə danışıb.
Qol.az xəbər verir ki, o, "Football İtalia"ya müsahibəsində bununla bağlı deyib: "İndi topu mənə versəniz, ilk toxunuşdan idarə edə bilməyəcəyəm. Çünki topa son toxunuşumdan iki ay keçib.
Son iki həftədə dəli oldum, çünki tamamilə tək idim. Neapoldakı qızım, Sürixdəki oğlum, yaşlı anamın köməyə ehtiyacı var, qardaşlarım uşaqları ilə karantindədir, buna görə də tək qaldım. Çətindir.
Yemək bişirə bilmirəm. İlk üç gündə əsasən karton yeyirdim və divardan parçaları dişləməyə çalışırdım. Xoşbəxtlikdən, sonra yemək sifariş verməyə müvəffəq oldum".