Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 20:16
Beynəlxalq Valyuta Fondu (BVF) bu il Gürcüstan iqtisadiyyatının 4% azalacağını, 2021-ci ildə isə 4% artacağını proqnozlaşdırır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, BVF-nin Gürcüstanın iqtisadi islahat proqramının altıncı icmalında verilən məlumata görə, Fond icmalın başa çatmasından sonra Gürcüstanın tədiyyə balansını sabitləşdirmək, maliyyə ehtiyaclarını ödəmək, o cümlədən səhiyyə xidmətləri və sosial müdafiəyə artan xərcləri qarşılamağa kömək etmək üçün ölkəyə təxminən 200 mln. ABŞ dolları həcmində yardım ayıracaq.
BVF qeyd edir ki, ötən illərin müsbət iqtisadi dinamikası fonunda pandemiyanın Gürcüstan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərəcək.