Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanı vətəndaşları üçün səyahət məhdudiyyətlərini yanvara qədər uzadıb

Səudiyyə Ərəbistanı vətəndaşları üçün səyahət məhdudiyyətlərini yanvara qədər uzadıb

Tarix: 14 Sentyabr 2020 01:56

Bakı. Trend:

Səudiyyə Ərəbistanı ölkə sakinləri üçün krallığa giriş-çıxış qadağasını 2021-ci il yanvarın 1-dən sonra ləğv edəcək.

Trend-in TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi (SAP) məlumat verib.

Məlumatda məhdudiyyətlərin ləğvinə aid konkret vaxtın təyin olunmuş tarixdən 30 gün əvvəl elan ediləcəyi göstərilir.

Bundan əlavə, bütün Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin pasport və viza sahiblərinə, ehtiyat tədbirlərinə riayət edilmək şərti ilə sərbəst şəkildə krallığa işləmək və yaşamaq üçün gəlmək və tərk etmək hüququ veriləcək. Səudiyyə Ərəbistanına giriş üçün əsas tələb gəlməkdən 48 saat əvvəl edilən koronavirus testinin neqativ nəticəsini göstərən sənədin olmasıdır.


Etiketlər:  Səudiyyə Ərəbistanı vətəndaşları üçün səyahət məhdudiyyətlərini yanvara qədər uzadıb


RƏYLƏR