Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 22:24
Azalan neft tələbatı 2021-ci ildən sonra da davam edəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
Banka görə, COVID-19-un əmtəə bazarına təsiri ən çox enerji qiymətlərində hiss olunur: "Epidemiyanın təsiri ən çox enerji qiymətlərində hiss edilir və azalan neft tələbatı 2021-ci ildən sonra da davam edəcək. Bu il neft, təbii qaz və kömür tərəfindən formalaşan enerji əmtəələrinin qiymət indeksində 32,7 azalma gözlənilir".
COVID-19 epidemiyası səbəbindən ilin əvvəlindəki kəskin enmələrdən sonra demək olar ki, ilin üçüncü rübündə bütün əmtəə qiymətləri bərpa olunub. Metallar və kənd təsərrüfatı malları epidemiya səbəbindən yaranan zərəri kompensasiya edə bilib. Enerji qiymətlərinin bir qədər yaxşılaşmasına baxmayaraq, gələn il də epidemiyadan qabaqkı səviyyədən aşağıda qalacağı nəzərdə tutulur.