Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 12:58
Türkiyəli modelyer Gülşah Saraçoğlu maraqlı açıqlamaları ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Saraçoğlu qatıldığı verilişlərdən birində bu günə qədər çox sayda estetik əməliyyat etdirdiyini deyib. Təbii olan heç nəyi sevməyən Gülşah palstik əməliyyatlarının sayını açıqlayıb.
"Etdirdiyim bütün əməliyyatları nəzərə alsaq, demək olar ki, simama yeni üz nəql edilib.Üzümdə gördüyünüz hər yer plastik əməliyyatdır. Göz altına dolğu etdirmişəm. Botokslarım var. Dodaq kənarında olan qırışlardan da azad olmuşam. Dodağımda dolğu var. Bu yaxınlarda sinə əməliyyatı da etdirmişəm. Bunu etdirməyi sevirəm. Etiraf edəcək qədər də təbii qadınam", - Saraçoğlu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl onun sosial şəbəkələrdə yayılan əməliyyatsız halı indikidindən xeyli fərqləndiyi üçün müzakirələrə səbəb olmuşdu.