Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Instagram və Whatsapp Mark Zuckerberg'in əlindən alına bilər

Instagram və Whatsapp Mark Zuckerberg'in əlindən alına bilər

Tarix: 15 Dekabr 2020 20:20

New York baş prokuroru Laetitia James Facebook'a qarşı antimonopoliya mövzusunda məhkəmə işi başladıb. Bundan başqa 47 ştatdan və ABŞ Federal Ticarət Komissiyasından prokurorlar da məhkəmə işinə qoşulub.

Əsas şikayət, Facebook'un işinə təhlükə yarada biləcək kiçik şirkətləri satın alaraq rəqabəti zədələməyi haqqındadır. Ən yaxşı nümunə 2011-ci ildə Instagram'ın və 2014-cü ildə WhatsApp'ın alınmasıdır.

Bu məhkəmə prosesində komissiya məhkəməni Instaqram və WhatsApp-ı alaraq onları müstəqil şirkətlərə çevirməyə çağırır.

Bu məhkəmə prosesi son aylarda ikinci ən böyük məhkəmə olacaq. Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi axtarış və onlayn reklam bazarını inhisara almaq ittihamı ilə Google-a qarşı iddia qaldırmışdı.

Milli.Az


Etiketlər:  Instagram Whatsapp Mark Zuckerbergin əlindən alına bilər


RƏYLƏR