Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” smartfonları üçün “MIUI” interfeysinin yeni proqram təminatı istifadəçiləri məyus edib

“Xiaomi” smartfonları üçün “MIUI” interfeysinin yeni proqram təminatı istifadəçiləri məyus edib

Tarix: 12 Fevral 2021 09:54

“MIUI 12.5” interfeysinin qlobal versiyası Çin analoqu kimi funksional deyil. Bu haqda “NotebookCheck” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Xiaomi” şirkəti “Android” əməliyyat sistemi üçün interfeysini qlobal sınaqdan keçirir. Şirkət bəzi smartfonlar üçün “MIUI 12.5” interfeysini artıq əlçatan edib. Sözügedən interfeysin qlobal variantında daha az optimallaşdırma (Çin versiyasında enerji istehlakı və əməli yaddaşdan istifadə daha azdır) edildiyi məlum olub.

 

Bundan başqa, “MIUI 12.5” interfeysinin qlobal versiyasında yeni funksiyalar yoxdur. Məsələn, kompüterlə işləmək üçün “MIUI ” rejimi, yeni sistem səsləri və animasiyaların seçilməsi və taktil əks-əlaqə sistemi ləğv edilib.

 

Emil Hüseynov




Etiketlər:  Xiaomi smartfonları üçün MIUI interfeysinin yeni proqram təminatı istifadəçiləri məyus edib


RƏYLƏR