Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 20:22
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyanın yetkinlik yaşına çatan əksər əhalisinin peyvənd olunması üçün gələn il tələb olunacaq məbləği açıqlayıb.
Sonxeber.net xəbər verir ki, ÜST rəhbəri bu rəqəmin 35-45 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırıb.
Qebreyesus əlavə edib ki, son 2 həftədə dünyada pandemiyanın ilk altı ayına nisbətən daha çox koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb. Bu rəqəm xüsusilə Hindistan və Braziliyada yüksəkdir. /medicina.az