Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramal estetik etdirənlər haqda: ''Nə qardaş, nə də ata bir söz deyə bilir''

Ramal estetik etdirənlər haqda: ''Nə qardaş, nə də ata bir söz deyə bilir''

Tarix: 30 May 2021 13:10

"Mən də səhnədəyəm, saçımın qara olmasını istəyirəm, amma ağarır. İnsan baxımlı olmalıdır. Həddindən artıq özünü pis vəziyyətə qoymaq yaxşı deyil. Mən bu gün üzümü, boynumun arxasını təmizləyirəm, lazım olsa qaşımı, saçımı da düzəltdirərəm. Amma dodağımı şişirtmərəm, silikon əlavə etdirsəm, mən olmayacam".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "MTV" kanalına açıqlamasında deyib. Estetik əməliyyat etdirən həmkarlarından danışan ifaçı bəzi sənət yoldaşlarının plastik müdaxilələr nəticəsində eybəcər olduğunu deyib:

"Ona görə tamaşaçımız sevmir. Ya da ele bir ifaçımız olsun ki, dünyada tanınan, artıq bu belə qəbul edilib. Bir çoxu fenomen də olub. Hər kəs özünə görə cavab verəcək. Milləti qıcıqlandırmaq olmaz. Qıcıqlanan adam da baxmasın elə şeylərə. Biz artıq 21-ci əsrdə yaşayırıq, avropalaşırıq. Amma bu avropalaşmaq deyil. Hamı rahat yaşamaq istəyir. Əvvəl evdə ata, qardaş-bacı qınıyardı, indi birinə bir söz deyəndə səni elə öldürərki. Nə qardaş, nə də ata bir söz deyə bilir. İnsanların heç kim ilə işi olmamalıdır. Həddi aşmaq yaxşı şey deyil. Qınamaq yaxşı deyil, sabah elə bir layihə olar ki, mənə deyərlər sən bunu etməlisən. Bəyənilməyən bir şey olanda baxmıram, nə də söymürəm. Kiminsə eybini açarsan, sabah sənin də eybini açarlar, pisləyərlər. Onun ata və anasını təhqir etməməlisən. Bəlkə onun anası gözəl insandır. Övlad gedir özünü avropalaşdırır, onun anasını-atasını qınamaq və söymək olmaz".


Etiketlər:  Ramal estetik etdirənlər haqda qardaş söz deyə bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ