Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yeni il yarmarkaları quruldu: qiymətlər necədir? - VİDEO

Bakıda yeni il yarmarkaları quruldu: qiymətlər necədir? - VİDEO

Tarix: 29 Dekabr 2021 20:02

Yeni il, bayram ab-havası paytaxtda artıq hiss olunur. Küçələr bəzədilib, bayram yarmarkaları qurulub. Xüsusilə uşaqlı evlərdə yolkanın qurulması bir qaydaya çevrilib. Hər uşaq istəyir ki, onun yolkası daha böyük, daha işıqlı və çox ouuncaqlı olsun. Təbii ki,  burada ən böyük yük düşür valideyinin üzərinə. Artıq satışda xeyli canlanma var. Bəzi pik saatlarda mağazalara və yarmarkalara daxil olmaqmümkün deyil. Qiymətləri isə müxbirimiz aaraşdırıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rəngarəng işıqlar, müxtəlif yolkalar, bəzək aksussuarları və şaxta babalar. 

Bakıda Bir neçə metrostansiyanın çıxışında yeni il yarmarkaları təşkil olunub və burada sadaladığımız məhsulların hər birini tapmaq olar.

Satıcılar deyir ki, ötən illə müqayisədə indi alıcılıq çoxalıb. Elə qiymətlər də yerində saymayıb. Bahalaşma yeni il yarmarkalarından da yan keçməyib.

Ən çox təlabat isə yolkalaradır. Bunların da qiyməti  böyüklüyü və bəzəyinə görə dəyişir.

Yarmarkaları bəzəyən məhsullardan biri də şamlardır. Müxtəlifformalı bu şamların qiyməti 5 manatdan 25 manata qədərdir. Oyuncaqlar arasında isə  daha çox qırmızı və qızılı rəngliləri satılır.

Bayram hədiyyələri üçün xüsusilə suvinerlərə üstünlük verilir.

Qeyd edək ki, yeni il yarmarkalarınınyanvarın 5-inə qədər davam etməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Bakıda yeni yarmarkaları quruldu qiymətlər necədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ