Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2022 14:50
"Yığışdırın bu qadın kişi müharibəsini. Kim nə istəyir içsin, yesin".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Cavid Gül sosial media hesabında yazıb.
O, son günlər müzakirə edilən Lalə Azərtaşın "Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən" sözlərinə münasibət bildirib:
"Hərə öz təfəkkürü ilə bu həyatı sürdürür. Dünyəvi həyatı yaşayırsızsa, çərçivələri yığışdırın. Yox dini tərəfdən yanaşırsızsa, birinci ilahi qanunlara özünüz riayət edin. İndiki zamanda kişilərin haqqı yeyilməkdədir. Bəzi ölkələrdə isə kişi 4-cü, 5-ci dərəcəli məxluq hesab olunur".