Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''dan Toralla bağlı açıqlama

''Qarabağ''dan Toralla bağlı açıqlama

Tarix: 20 Avqust 2022 19:24

"Qarabağ" "Qalatasaray"ın Toral Bayramovu heyətinə qatmaq istədiyi barədə yayılan məlumatlara münasibət bildirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə dediyinə görə, kluba futbolçu ilə bağlı rəsmi təklif olunmayıb: "Rəsmi təklif olmayan təqdirdə nəsə danışmaq yersizdir. Hazırda yalnız "Viktoriya" ilə cavab oyununu düşünürük".

Qeyd edək ki, Toral 2019-cu ildən "Qarabağ"da oynayır.


Etiketlər:  Qarabağdan Toralla bağlı açıqlama


RƏYLƏR