Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 12:50
Oktyabrın 22-də Sırdərya vilayətində Özbəkistan Müdafiə Nazirliyinin anbarında baş verən partlayış nəticəsində 3700-dən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib", - məlumatda qeyd olunur.
Bildirilib ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yanğın tez bir zamanda söndürülüb, vəziyyət stabilləşdirilib.