Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 16:22
Almaniyanın Potsdam şəhərindəki Barberini muzeyində iki ekofəal Klod Monenin "Ot tayaları" əsəri üzərinə kartof püresi atıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumatına görə, onlar özlərini "Letzte Generation" ekoloji qrupunun üzvləri kimi təqdim ediblər.
Vandallar artıq saxlanılıb və əmlaka ziyan vurmaqda ittiham olunublar.
Qrupun sosial şəbəkələrində insanların özlərinə "Hansı vacibdir: Sənət, yoxsa həyat?" sualını verməsi üçün təşkilatın aksiya keçirdiyi bildirilib.
Tablo şüşə ilə qorunduğundan ona ziyan dəyməyib.