Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 11:40
Əməkdar artist Əkbər Əlizadə Əməkdar artist Ruhəngiz Musəvinin onu əsəbiləşdirməsindən danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "7 canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb müğənninin onun adını səhv deməsi olub:
"Ən zəhləm gedən an mənə Ələkbər deyilməsidir. Mənə də çox vaxt Ələkbər deyirlər. Bir dəfə Ruhəngiz Musəvi mənə dedi ki, çox sağ ol, gözəl aparıcımız Ələkbər. Mən də ilan ilindənəm, kinliyəm. Səhnədə çıxış edib, gedəndən sonra cavab verdim ki,"Təşəkkür edirəm, qarşınızda Firəngiz Musəvi idi".