Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Goranboyda avtomobil qəzasında 4 nəfər xəsarət alıb

Goranboyda avtomobil qəzasında 4 nəfər xəsarət alıb

Tarix: 12 Yanvar 2023 22:50

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Dəlməmmədli-Qırıxlı avtomobil yolunun Əzizbəyov kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" və "VAZ "markalı avtomobilər toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü Rəhimov Arzu Mustafa oğlu, 1991-ci il təvəllüdlü Həsənov Hacı Malik oğlu, 1955-ci il təvəllüdlü Rəhimova Həqiqət Ələddin qızı və 1998-ci il təvəllüdlü Həsənova Fatimə Mustafa qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az


Etiketlər:  Goranboyda avtomobil qəzasında 4 nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ