Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranda avtomobil aşıb, xəsarət alan var - FOTO

Lənkəranda avtomobil aşıb, xəsarət alan var - FOTO

Tarix: 9 May 2023 09:24

Lənkəranda qəza nəticəsində sürücü xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, gecə saatlarında Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran-Boradigah magistralında, Lənkəran rayonunun Zövlə kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Şağlaser kənd sakini 1999-cu il təvəllüdlü Məhəmmədhüseyn Rüstəm oğlu Həsənov "Rover" markalı 42 CD 921 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, qarşıdan gələn, hələlik sürücüsü məlum olmayan "Mercedes" markalı avtomobil onu sıxışdırıb. "Rover" markalı avtomobil yoldan çıxaraq, işıq dirəyinə çırpılıb və maşın aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Elektrik dirəyinin aşması nəticəsində Masallı rayonunun Rüdəkənar kəndinin bir hissəsi işıqsız qalıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Lənkəranda avtomobil aşıb xəsarət alan var FOTO


RƏYLƏR