Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sosial durumu ağır olan ailə niyə özünüməşğulluqdan kənarda qalıb? - Şikayət - VİDEO

Sosial durumu ağır olan ailə niyə özünüməşğulluqdan kənarda qalıb? - Şikayət - VİDEO

Tarix: 16 May 2023 14:02

İsmayıllı rayonu, Diyalı kənd sakini  Elman Mamedov özünüməşğulluq proqramına cəlb edilməməsindən narazıdır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, o, İsmayıllı rayon Məşğulluq Mərkəzinə müraciət edərək proqrama cəlb olunmasını istəyib.

Səbəb olaraq onu göstərib ki, ailəni işləyərək dolandıran oğlu hərbi xidmətə yollandığından maddi təminatları kəsilib. Buna görə də Məşğulluq Mərkəzindən mal-qara alaraq ailəsini özü dolandırmaq istəyir.

Onun iddiasına görə, özünəməşğulluq proqramı çərçivəsində  mal-qara ilə təmin olunması üçün müraciəti uzun müddətdir ki, cavabsız qalıb.

Kənd sakini onu da bildirir ki, heyvanları saxlaması üçün həyətində şəraiti var.

Onun müraciəti ilə bağlı məsələyə Dövlət Məşğulluq Agentliyi tərəfinən münasibət bildirilib.

Agentlikdən vəd edilib ki, Elman Mamedov növbəsi çatdığı təqdirdə prosedurlara cəlb ediləcək. Qeyd olunub ki, onun şəraitinin uyğunluğu yoxlanılacaq, sonra təlimlərdə iştirak edəcək və seçdiyi istiqamət üzrə aktivlərlə təmin olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Sosial durumu ağır olan ailə niyə özünüməşğulluqdan kənarda qalıb Şikayət VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ