Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tərtərdə sursat partlayıb, bir nəfər yaralanıb

Tərtərdə sursat partlayıb, bir nəfər yaralanıb

Tarix: 27 May 2023 17:54

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı yaralanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Tərtər rayonunun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Tərtərdə sursat partlayıb bir nəfər yaralanıb


RƏYLƏR