Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda itkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapılıb

Qaxda itkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapılıb

Tarix: 2 Iyun 2023 11:30

Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 70 yaşlı Davud Yusifovun meyiti bu gün səhər saatlarında Kürmük çayı yaxınlığında tapılıb. Meyitin üzərində yanıq xəsarətləri olub. İlkin ehtimala görə, D. Yusifov özünü yandıraraq intihar edib.

Qeyd edək ki, D. Yusifov mayın 25-i yaşadığı evdən çıxıb geri qayıtmamışdı.

Milli.Az


Etiketlər:  Qaxda itkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ