Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 08:38
Ukrayna Prezidenti Volodimir Zelenski "1939-1945-ci illər İkinci Dünya Müharibəsində Nasizm üzərində Qələbə və Anım Günü haqqında" qanunu imzalayıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bundan sonra Ukraynada bu tarix mayın 8-də qeyd olunacaq.
Bildirilib ki, Ukrayna Avropa dövləti kimi nasizmə qarşı vuruşmuş hər kəsin xatirəsini ehtiramla yad edir.
Qeyd edək ki, buna qədər İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq faşist Almaniyasının təslim olduğu gün hər il mayın 9-u keçirilirdi.