Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2023 10:02
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. İlkin məlumata əsasən avtomobil idarəetməni itirib və dərəyə aşıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kürdmaşı kənd sakini Babayev Samir Yusif oğlu dünyasını dəyişib, Göyçay sakini 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu və 1982-ci il təvəllüdlü Ağayev Variz Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırıblar. Faktla bağlı araşdırma aparılır.