Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 16:24
"Yuventus"un futbolçusu Aaron Remzi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Lokomotiv"lə oyunda vurduğu qola görə komanda yoldaşı Kriştiano Ronaldodan üzr istəyib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi portuqaliyalı ulduzun zərbəsindən sonra qapı xəttindən keçmək üzrə olan topa toxunduğu üçün bu addımı atıb. Uels millisinin üzvü rəqib qapıçının topu qapıdan çıxaracağını düşündüyü üçün ona müdaxilə etdiyini bildirib: "Qapıçı mənə yaxın idi. Topun arxasına keçib, çıxarmaq şansı var idi. Topun qapı xəttini tam keçməyini istədim. Ronaldodan üzr istəyirəm".
Qeyd edək ki, "Lokomotiv" - "Yuventus" görüşü Turin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.