Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2024 03:04
Kraliça Kamilla və Şahzadə Uilyam Şahzadə Harrini III Çarlzın vəsiyyətindən kənarlaşdırmaq istəyirlər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Şahzadə Uilyam saraya çatdıqda Kraliça Kamilla ilə onların aralarında münaqişə yaranıb. Kraliça Kamilla şahzadə Harrini ikiüzlülükdə ittiham edib və onu öz ambisiyaları üçün kral ailəsindən istifadə etməyi dayandırmağa çağırıb.
"Onlar Harrinin titullarından məhrum edilməsini, varislik xəttindən çıxarılmasını və III Çarlzın iki milyard dollarlıq vəsiyyətindən çıxarılmasını istəyirlər. Şahzadə Harri artıq saraydan kənar adama çevrilib. Onlar bunu rəsmi şəkildə etmək istəyirlər", - deyə məşhur insayder bildirib.
Qeyd edilib ki, Kraliça Kamilla illərlə onu nə ögey anası, nə də yeni kraliça kimi qəbul etməyən Harrinin düşmənçiliyinə dözüb:
"Susseks hersoqu Kamilla Parker Boulz ilə uzun müddət gərgin münasibətdə olub. Şahzadə Harri dəfələrlə ögey anası haqqında mənfi fikirlər səsləndirib. O, III Çarlzın həyat yoldaşının jurnalistlərə kral ailəsinin həyatı haqqında məlumatlar yaydığını bildirib. Bundan əlavə, Şahzadə Harri etiraf edib ki, o və qardaşı Şahzadə Uilyam atalarına Kamilla ilə evlənməmək üçün yalvarıblar".